Ermənistan prezidenti Səudiyyədə səfərdədir - Foto


Eastnews.org-un verdiyi xəbərə görə, Ermənistan mətbuatı ölkə prezidenti Armen Sarkisyanın Səudiyyə Ərəbistanına səfər etdiyini yazıb.

 

Bildirilib ki, prezident Sarkisyanı aeroportda Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adil əl-Cubeyr qarşılayıb. Aeroportda Ermənistan Respublikasının dövlət bayrağı qaldırılıb.

 

Armen Sarkisyan Səudiyyə Ərəbistanına səfəri çərçivəsində “Gələcəyin İnvestisiya Təşəbbüsü” adlı forumda iştirak edib.

 

"Saudi Gazette" öz Tvitter hesabında Armen Sarkisyanın Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanla birlikdə qatıldığı forumdan fotolar paylaşıb.

 

Ermənistan prezidentinin ofisindən verilən yazılı açıqlamada prezident Armen Sarkisyanın oktyabrın 26-da Səudiyyə Ərəbistanına işgüzar səfərə getdiyi açıqlanıb.




Mənbə: Armenpress Oxunub: 84 dəfə; Tarix: 2021-10-27 12:15
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Sudandakı gərginliyin nəticəsi necə olacaq?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!