İrandan regionda vətəndaş müharibəsi xəbərdarlığı


Eastnews.org-un verdiyi xəbərə görə, İran İslam Şura Məclisinin sədri Məhəmməd Baqir Qalibaf bu gün parlamentin açıq iclasındakı çıxışında gündəmi dəyərləndirib.

 

Qalibaf regiondakı məsələlərlə əlaqədar olaraq, "Qərbi Asiya regionu bu günlərdə kritik vəziyyətdədir. Region ölkələrində vətəndaş müharibələri ilə çaxnaşma yaratmaq üçün planlar hazırlanır. Region ölkələri arasında fikir ayrılığı, iqtisadi əməkdaşlığın qarşısını almaq və bölgədə daimi sülhün təmininə mane olmaq Vaşinqton rəhbərliyi və ABŞ-ın dəstəklədiyi qrupların gündəmindədir. Qəndəhardakı Fatimiyyə məscidində günahsız insanlara qarşı törədilən dəhşətli qətliam hadisəsi, Əfqanıstanda vətəndaş müharibəsi cəhdi, Livandakı silahlı qarşıdurmalar, İraqda münaqişə yaratmaq cəhdi və regiondakı bəzi liderlərin son bir həftə ərzində verdiyi yalan ifadələr bu planları ortaya qoyur", - deyə bildirib.

 

İranın regionda sabitliyi və təhlükəsizliyi qorumaq istədiyini ifadə edən Qalibaf "Bütün regionda təhlükəsizliyi pozacaq hər hansı bir fitnə fəaliyyətini qınayırıq. Bütün ölkələr regionda davamlı sülh və sabitlik yaratmaq və iqtisadi əlaqələri artırmaq üçün çalışmalıdırlar", - söyləyib.




Mənbə: Mehr Oxunub: 482 dəfə; Tarix: 2021-10-17 16:55
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Sudandakı gərginliyin nəticəsi necə olacaq?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!