Venesuela hökuməti müxalifətlə danışıqları dayandırdı


Eastnews.org-un verdiyi xəbərə görə, 17 oktyabrda Meksikanın ev sahibliyi ilə Venesuelanın hökumət və müxalifət nümayəndələrinin yenidən bir araya gəlməsi gözlənilən danışıqlar Afrikanın ada ölkəsi Kabo-Verde tərəfindən venesuelalı iş adamı Aleks Saabın ABŞ-a təhvil verilməsindən sonra dayandırılıb.

 

Venesuela hökumətinin dialoq heyəti və Milli Məclisin (AN) sədri Xorxe Rodriqez açıqlamasında müxalifətlə danışıqlarını dayandırdıqlarını "Nümayəndə heyətimiz danışıqlar və dialoq masasında iştirakını dayandırdığını elan edir. Təmsilçimiz Aleks Saaba qarşı təcavüzkarlığa etiraz edirik və Meksikada oktyabrın 17-də başlayacaq danışıqlar mərhələsinə qatılmayacağıq", - deyərək ifadə edib.

 

Digər tərəfdən, müxalifət nümayəndələri hökumətin danışıqlardan çəkilmə qərarına reaksiya veriblər.




Mənbə: Timetürk Oxunub: 145 dəfə; Tarix: 2021-10-17 16:08
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Sudandakı gərginliyin nəticəsi necə olacaq?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!