İsrail Xarici İşlər naziri İran barədə iddialar səsləndirdi


Eastnews.org-un verdiyi xəbərə görə, İsrailin Xarici İşlər naziri Yair Lapid dünən Hind okeanında Tanzaniyadan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gedən bir nəqliyyat gəmisinə hücum edildiyi üçün dünyanı İranı "dayandırmağa" çağırıb.

 

Lapid sosial media hesabında İsrail gəmiçilik şirkətinə məxsus gəmiyə hücumun arxasında İranın dayandığını iddia edərək, "İran təkcə İsrail problemi deyil, hamımıza zərər verən terror, dağıdıcı və qeyri-sabitlik mənbəyidir", - deyə dəyərləndirmə edib.

 

İngiltərənin Xarici İşlər naziri Dominik Raab ilə davamlı təmasda olduğunu ifadə edən Lapid "Bu axşam ona dedim ki, İngiltərə vətəndaşının da öldüyü gəmiyə edilən hücuma şiddətli cavab verilməlidir", - deyə açıqlama verib.




Mənbə: TRT Haber Oxunub: 157 dəfə; Tarix: 2021-07-31 11:13
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Əfqanıstandakı gərginliyin nəticəsi necə olacaq?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!