Ayətullah Xamenei son hadisələrə münasibət bildirdi - Təfərrüat


Eastnews.org-un verdiyi xəbərə görə, İranın Ali lideri Ayətullah Seyid Əli Xamenei bu gün prezident Həsən Ruhani və nazirlər şurasının üzvləri ilə görüşüb.

 

Qərbə güvənmək ölkə üçün faydalı olmaz

 

Ayətullah Xamenei Nazirlər Şurasının üzvlərinə xitabən "Başqaları da sizin təcrübənizdən istifadə etməlidir. Mən bir təcrübəni xüsusilə qeyd etdim. Bu da sizə və xalqımıza dəfələrlə söylədiyim və indi də təkrarlayacağım sözdür. Bu təcrübə Qərbə inamsızlıqdan ibarətdir. Gələcək nəsillər bu təcrübəni nəzərə almalıdır. Hazırki hökumətdə Qərbə olan güvənin faydasız olduğu məlum oldu", - deyib.

 

İnqilabın lideri Ayətullah Xamenei "Qərblilər bizə kömək etmirlər. Mümkün olan hər yerdə bizi vururlar. Vurmadıqları yer vura bilməyəcəkləri yerdir. Onlar mümkün olan hər yerdə bizi vurdular. Bu, çox mühüm bir təcrübədir", - deyə dəyərləndirmə edib.

 

Qərbə güvənməyin ölkə üçün faydalı olmadığını deyən Ayətullah Xamenei "Daxili proqramlar Qərbə güvənərək təxirə salınmamalıdır. Çünki mütləq uğursuz olacaq. Qərbə güvənərək işinizi görəndə uğursuz oldunuz. Ancaq, Qərbə etibar etmədən hərəkət etdiyiniz zaman müvəffəq olduğunuzu göstərdiniz", - deyə ifadə edib.

 

Vyana nüvə sazişi danışıqları

 

Ayətullah Xamenei çıxışının digər hissəsində nüvə sazişilə bağlı Vyana müzakirələrinə diqqət çəkərək "Amerikalılar bu danışıqlarda inadkar mövqelərində möhkəm dayandılar və irəli bir addım belə atmadılar", - söyləyib.

 

Ayətullah Xamenei "Amerikalılar sanksiyaları ləğv edəcəyinə söz vermişdilər, amma bunu etmədilər və etməyəcəklər. Hələ şərt də qoyurlar və deyirlər ki, sazişə sonradan müzakirə olunacaq bir maddə daxil etməliyik, əks halda heç bir razılaşma olmayacaq", - deyə bildirib.

 

İnqilab lideri Ayətullah Xamenei sözlərinə belə davam edib:

 

"Onlar bu cümləni sazişə əlavə etməklə nüvə sazişinin prinsipinə, sonrakı raket və regional məsələlərə müdaxilələrinə bir bəhanə gətirmək və İranın onları müzakirə etməkdən imtina etdiyi təqdirdə müqaviləni pozduğunu söyləmək istəyirlər".

 

ABŞ öhdəliklərini pozmaqdan çəkinmir

 

ABŞ-ın pis niyyətlə hərəkət etdiyini vurğulayan Ayətullah Xamenei onların vədlərini və öhdəliklərini pozmaqdan çəkinmədiklərini söyləyib.




Mənbə: Mehr Oxunub: 1563 dəfə; Tarix: 2021-07-28 15:13
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Əfqanıstandakı gərginliyin nəticəsi necə olacaq?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!