Kanadada növbəti dəfə müsəlmana hücum edildi


Eastnews.org-un verdiyi xəbərə görə, Kanadada yaşayan pakistanlı müsəlman Məhəmməd Kaşif 25 iyunda Saskatunun İstvyu bölgəsindəki evinin yaxınlığında iki nəfərin ona hücum etdiyini söyləyib.

 

Ənənəvi Pakistan paltarı geyinən Kaşif təcavüzkarlar tərəfindən kürəyindən və qolundan bıçaqlandığını və saqqalının kəsildiyini bildirib.

 

Kaşif təcavüzkarların onun saqqalını kəsərkən lağ edərək "Niyə bu geyimi geyinirsən? Niyə burdasan? Ölkənə qayıt. Müsəlmanlara nifrət edirəm! Niyə saqqalın var?", - deyə ifadələr səsləndirdiklərini söyləyib.

 

Digər tərəfdən, Kaşif hadisə yerinə yaxın bir ərazidə saxlanmış yaşıl nəqliyyat vasitəsində təcavüzkarlarla əməkdaşlıq edən üçüncü bir şəxs ola biləcəyinə diqqət çəkib.

 

Hücumla əlaqədar istintaq başladılıb.

 

Arvadı və üç uşağının həyatı üçün narahat olduğunu bildirən pakistanlı müsəlman mühacir təxminən 15 ildir Saskatunda yaşayır.




Mənbə: Milli Gazete Oxunub: 177 dəfə; Tarix: 2021-06-29 15:48
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Azərbaycan-Ermənistan sərhədindəki gərginliyin nəticəsi necə olacaq?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!