İsrail ordusu Qəzza zolağına girməyə hazır olduğunu açıqladı


Eastnews.org-un verdiyi xəbərə görə, İsrail ordusu Qəzza zolağında quru əməliyyatlarına hazır olduğunu açıqlayıb.

 

Bu barədə İsrail ordusunun mətbuat katibi "RİA Novosti"nin sorğusuna cavab verərkən bildirib.

 

"Bizdə buna (Qəzzaya daxil olmaq) hazır olmaq əmri var",  - deyə İsrail ordusu mətbuat katibi bildirib.

 

İsrail ordusunun Qəzza zolağına girib-girməyəcəyi barədə suala ordu rəsmisi belə məlumatın olmadığı, olacağı təqdirdə də bu barədə öncədən məlumatın verilməyəcəyi cavabını verib.

 

Xatırladaq ki, İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 115 mülki vətəndaş həyatını itirib, 600 insan isə yaralanıb. Həyatını itirənlər arasında çox sayda uşaq da var.




Mənbə: RİA Oxunub: 275 dəfə; Tarix: 2021-05-14 09:53
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Azərbaycan-Ermənistan sərhədindəki gərginliyin nəticəsi necə olacaq?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!