İranlı ekspert: "Erməni soyqırımı" uydurmadır"


Eastnews.org-un verdiyi xəbərə görə, İranın tanınmış ekpertlərindən biri İlyas Vahidi ölkənin "Xəbər" telekanalında yayımlanan "Dünya bu gün" analitik verilişində ermənilərin qondarma soyqırımına münasibət bildirib.


O bildirib ki, ABŞ Prezidenti Co Baydenin qondarma erməni soyqırımını tanıması siyasi bir təzyiqdir və ermənilərlə türklər arasında ixtilafı aktual saxlayır:

 

"Bu siyasi təzyiq həm regional məsələlərdə ABŞ üçün sərfəlidir, həm də seçkilərdə Demokrat Partiyasının xeyrinədir. Bu addımla demokratlar ABŞ-da güclü erməni diasporasının səsini qazana biləcək. Tarix baxımından "erməni soyqırımı" iddiası Birinci Dünya müharibəsinə qatılmış ölkələrin arxivlərində mövcud olan sənədlərə əsasən tarixi reallığı əks etdirmir və sadəcə bir iddiadır. Yəni Osmanlı imperiyası tərəfindən soyqırımı məqsədilə bir milyon beş yüz min erməninin öldürülməsi iddiadan başqa bir şey deyil. Həmçinin tarixi sənədlər ermənilərin öldürülməsini inkar edir. Qərb dünyasına gəldikdə, o da "ermənilərin "oyqırımı"nı Holokost məsələsi kimi tarixi bəhs açmaq istəmir və bundan yalnız siyasi məqsədlər üçün istifadə edir".




Mənbə: FNA Oxunub: 592 dəfə; Tarix: 2021-04-30 13:56
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Qüdsdəki gərginlik nə ilə nəticələnəcək?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!