Ayətullah Xamenei: "ABŞ-ın təklifləri təhqiramizdir və baxılmağa belə layiq deyil" - Təfərrüat


Eastnews.org-un verdiyi xəbərə görə, İran İslam Respublikasının Ali lideri Ayətullah Seyid Əli Xamenei çərşənbə günü İran televiziyasında Birgə Hərtərəfli Fəaliyyət Planı ilə bağlı davam edən danışıqları şərh edib.


Ayətullah Xamenei qeyd edib ki, ABŞ-ın təklifləri təkəbbürlü və təhqiramizdir və baxılmağa belə layiq deyil və ABŞ haqq sözü qəbul etmək üçün deyil, öz batil sözünü qəbul etdirmək üçün danışıqlar aparır:

 

"Ölkənin sanksiyalarla bağlı siyasətini kütləvi çıxışlarda, rəsmilərlə görüşlərdə və ya yazılı olaraq açıqladıq, bu səbəbdən ölkənin siyasətinin nə etməsi lazım olduğu açıqdır. Rəsmilərin qərarı bu mövzuda eyni siyasəti həyata keçirmək üçün getmək və danışıqlar aparmaqdır. Bundan əvvəl də onlar dəfələrlə öz əhdlərinə sadiq qalmayıblar. Hətta bəzi Avropa ölkələri xüsusi iclaslarda və danışıqlarda hər şeyi qəbul edirlər, lakin qərar verilmə anında yenidən ABŞ-a boyun əyirlər".

 

Sonda Ayətullah Xamenei ölkə rəsmilərinin açıq göz, güclü ürək, Allaha təvəkküllə irəliləyəcəklərini və xalqı ilahi uğurlarla sevindirəcəklərinə ümid etdiyini bildirib.

 

Qeyd edək ki, JCPOA üzrə Birgə Komissiyanın növbəti iclası aprelin 15-də Vyanada siyasi direktorlar səviyyəsində keçiriləcək. İclas zamanı tərəflər ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların ləğvi və keçən həftəki görüşlərində toxunulan müqavilənin bərpası mövzusunda müzakirələrə davam edəcəklər.




Mənbə: Mehr News Agency Oxunub: 403 dəfə; Tarix: 2021-04-15 11:25
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Qüdsdəki gərginlik nə ilə nəticələnəcək?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!