Kral Abdullahı hansı ölkələr devirmək istəyib? - Təhlil


Ötən günlərdə İordaniya Haşimilər Krallığının kralı II Abdullaha qarşı dövlət çevrilişinə cəhd barədə xəbərlər yayıldı. Yaxın Şərqdə sabit ölkə imicinə malik İordaniyada bu hadisənin baş verməsi böyük maraqla qarşılandı. 

 

Aprelin 3-dən 4-nə keçən gecə ölkədə dövlət çevrilişinin qarşısı alındı və kralın məxfi müşaviri, sonra ölkənin maliyyə naziri və Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd ibn Salmanın müşaviri olan Bəsim Əvədullah, krallıq ailəsi üzvü Şərif Həsən ibn Zaid və bütövlükdə 16 nəfər şəxs həbs edildi. Maraqlıdır ki, həbs edilənlər arasında yüksək rütbəli hərbçilər, bədəvi qəbilələrinin başçıları, adı çəkilməyən kəşfiyyat qurumunun əməkdaşları da oldu.

 

Bundan əlavə, İordaniyanın keçmiş vəliəhdi, şahzadə Həmzə ibn Hüseyn də kral Abdullaha qarşı dövlət çevrilişində iştirak etdiyinə görə ev dustağı edildi. 

 

İordaniyada dövlət çevrilişinin arxasında bir neçə ölkənin dayandığı üzə çıxıb. Belə ki, bu ölkələr kral Abdullaha təzyiq göstərmək və ya onu hakimiyyətdən salmaq məqsədilə bu planı işə salıblar. İordaniyanın sabiq səfirlərindən biri hesab edir ki, dövlət çevrlişi Qərb tərəfindən idarə olunub və Səudiyyə Ərəbistanı-BƏƏ-İsrail üçlüyünün planı olub. Adının gizli saxlanılmasını istəyən iordaniyalı diplomatın fikrincə, çevrilişdə məqsəd kral Abdullaha Fələstin mövzusunda təzyiq göstərməkdir.

 

ABŞ, İsrail və körfəzdəki müttəfiq ölkələr Fələstinə bağlı "Əsrin müqaviləsi" və Suriya mövzusunda bəzi planlara dəstək vermədiyi üçün İordaniya kralını hədəf seçiblər. 

 

Kral Abdullahın ögey qardaşı Həmzə ibn Hüseyinin Birləşmiş Ştatlarda yaşayan anası Nur Hüseyn ABŞ-da dörd il əvvəl prezident seçkiləri zamanı Donald Trampa qarşı Hillari Klintona güclü dəstək verib. Bu məqsədlə o, əhəmiyyətli maliyyə ianəsi də edib.

 

Dövlət çevrilişinə cəhddə işitak etdiyi üçün həbs edilənlərdən biri də Bəsim İbrahim Əvədullahdır. O, Səudiyyə Ərəbistanının vəliəhdi şahzadəsi Məhəmməd ibn Salmana yaxın olan və Yaxın Şərqdə "zülmət şahzadəsi" kimi tanınan Məhəmməd Dahlanla yaxın əlaqələri olan şəxsdir. Maraqlıdır ki, İordaniyada baş nazir təyin edilən müddətdə kral Abdullahdan məhz onu hökumətin başına gətirilməsi istənilirdi.

 

Ötən həftə kral Abdullah Kark şəhərində ölkənin tanınmış və nüfuzlu qəbilə liderləri ilə görüş keçirmişdi. Görüş zamanı kral Abdullah Suriyadakı müharibə ilə bağlı Qərbin narahatlığına səbəb olan bir açıqlama vermişdi: "Suriyadakı on illik müharibə İordaniyanı çətin vəziyyətə salıb. Xüsusilə yaşadığımız iqtisadi böhran səbəbindən Qərb və körfəz ölkələrinin təzyiqi dözülməz həddə çatıb".

 

Qeyd edək ki, kral Abdullahın bu çıxışından bir neçə gün sonra Pentaqon Aqaba limanına geniş miqyaslı hərbi yüklər göndərmişdi. İordaniya kralını hədəfə çevirən digər faktor kimi onun son bir ildə Rusiyaya iki dəfə səfər etməsi də göstərilir.

 

İordaniya kralı II Abdullaha qarşı çevriliş cəhdi onu göstərdi ki, ABŞ və İsrail üçün əvəzolunmaz müttəfiq yoxdur. Ölkə rəhbərinin özünməxsus fikirlər irəli sürməsi və Qərb maraqlarına qarşı addımlar atması sonda onun hakim kürsüsünü itirməsi ilə nəticələnə bilər. Bunun bariz nümunəsinə İordaniyada bir daha şahidlik etdik. 

 

Düzdür, kral Abdullah devrilməsə də, Birləşmiş Ştatlar ərəb ölkələrin liderlərinə göz dağı verdi ki, əks siyasət yürüdən və Yaxın Şərqlə bağlı planlara qarşı çıxan liderləri hansı aqibət gözləyə bilər. Dünyaya demokratiya və insan haqları "dəsri keçən" ABŞ-ın diktatorları dəstəkləməsi və öz məqsədlərinə çatmaq üçün bütün təzyiq vasitələrini işə salması Birləşmiş Ştatların iç üzünü ortaya qoyur.

 

Əli Xəzəri




Mənbə: Eastnews.org Oxunub: 694 dəfə; Tarix: 2021-04-07 10:30
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Qüdsdəki gərginlik nə ilə nəticələnəcək?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!