Yəmən növbəti dəfə Səudiyyəyə zərbələr endirdi


Eastnews.org-un verdiyi xəbərə görə, Yəmən Silahlı Qüvvələri mətbuat katibi Yəhya Səri Yəmən ordusu və könüllü xalq dəstələrinin Səudiyyə Ərəbistanındakı "Malik Xalid" hava bazasına qarşı PUA əməliyyatı həyata keçirdiyini açıqlayıb.

 

Yəhya Səri bu əməliyyatın iki ədəd "Qasif-K2" tipli PUA ilə edildiyini söyləyib.

 

Səri sözügedən PUA-ların göstərilən hədəfləri birbaşa vurduqlarını bildirib.

 

Yəmən rəsmisi bu əməliyyatın Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin Yəmənə qarşı hücumlarını və mühasirəni davam etdirdiyi üçün təşkil edildiyini açıqlayıb.




Mənbə: Al Masirah Oxunub: 229 dəfə; Tarix: 2021-04-07 09:29
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!