Rusiya Kəşmir probleminin həllində köməyə hazırdır


Eastnews.org-un verdiyi xəbərə görə, Rusiya Xarici İşlər naziri Sergey Lavrov Moskvanın İslamabad ilə Yeni Delhi arasındakı Kəşmirlə əlaqədar ziddiyyətlərin həllində kömək etməyə hazır olduğunu açıqlayıb.

 

“Əlbəttə, Cənubi Asiya da daxil olmaqla dünyanın hər hansı bir bölgəsindəki dövlətlər arasındakı fikir ayrılıqları beynəlxalq hüquqa əsaslanaraq, dinc, sivil bir şəkildə həll edilməlidir. Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq buna hər cür kömək etməyə hazırdır,” - deyə Lavrov Hindistanın Kəşmirlə bağlı "birtərəfli hərəkətləri" sualını cavablandırarkən “News International” Pakistan nəşrinə bildirib.




Mənbə: RİA Oxunub: 90 dəfə; Tarix: 2021-04-07 09:21
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!