Rusiya və Hindistan XİN rəhbərləri görüşdü


Eastnews.org-un verdiyi xəbərə görə, Yeni Dehlidə işgüzar səfərdə olan Rusiya Xarici İşlər naziri Sergey Lavrov dünən Hindistan Xarici İşlər naziri Subrahmanyam Jayşankar ilə görüşüb.

 

Hindistan mətbuatının yazdığına görə, ikitərəfli münasibətlərin müzakirə olunduğu görüşdə regional və qlobal mövzularda fikir mübadiləsi aparılıb.

 

Rusiyalı həmkarı Lavrovla görüşündən danışan Hindistan naziri Subrahmanyam Jayşankar görüşdə Qərbi Asiya, Fars körfəzi bölgəsi və İran kimi məsələlərin müzakirə olunduğunu söyləyib.

 

Hindistanlı nazir Orta Şərqdə çox həssas, həyati əhəmiyyəti olan sülh və sabitliyin bütün dünyanın lehinə olduğunu bildirib.




Mənbə: Mehr Oxunub: 58 dəfə; Tarix: 2021-04-07 09:19
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!