ABŞ Hərbi Dəniz Qüvvələrinin bazasında atəş açan sanitar öldürülüb


Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ-ın Merilend ştatının Frederik şəhərində yerləşən Hərbi Dəniz Qüvvələrinə məxsus “Fort Dietrick” hərbi bazasına atəş açan bir nəfər öldürülüb.

 

Bu barədə jurnalistlərə şəhərin polis rəisi Ceyson Lendo məlumat verib.

 

Lendo bildirib ki, ölən şəxs əvvəlcə bazanın biznes-parkında atəş açıb və sonra maşınla 6 km məsafədə yerləşən “Fort Dietrick”ə doğru hərəkət edib: “Orada da atəş açaraq iki nəfər ağır yaralayıb. Yaralılar xəstəxanaya yerləşdirilib”.

 

Qeyd edək ki, hadisə ilə bağlı ABŞ Hərbi Dəniz Qüvvələri “Twitter” hesabında məlumat yerləşdirib. Bildirilib ki, öldürülən şəxs bazanın sanitarıdır. 




Mənbə: apa.az Oxunub: 86 dəfə; Tarix: 2021-04-07 08:56
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!