Yəməndə yenə dinc sakinlər hədəfə alındı
Eastnews.org-un verdiyi xəbərə görə, Yəmənin Səada vilayəti Səudiyyə Ərəbistanının liderliyindəki Koalisiya Qüvvələri tərəfindən aviazərbələrə məruz qalıb.
Bu barədə paytaxt Sənadakı hökumətə tabe olan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda vurğulanıb ki, hücum nəticəsində 4 nəfər mülki şəxs həlak olub.
Bundan əlavə yaralanan 7 nəfər də xəstəxanaya çatdırılıblar.
Müdafiə Nazirliyi lazım olan cavabın veriləcəyini də diqqətə çatdırıb.
Mənbə: AlMasirah
Oxunub: 120 dəfə;
Tarix: 2021-04-06 21:58
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.
Sosial səhifələrdə paylaş
Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.