ABŞ-da FETÖ əleyhinə reklam nümayiş olundu - Foto


Eastnews.org-un verdiyi xəbərə görə, FETÖ-nun qaranlıq tərəfi ABŞ-ın dünyaca məşhur meydanında nümayiş olunub.

 

FETÖ lideri olan Fətullah Gülən ilə bağlı Nyu-Yorkdakı Tayms-skver meydanında elan yayımlanıb.

 

Nyu-York şəhərinin ən məşhur bölgələrindən biri olan Tayms-skverdəki nəhəng rəqəmsal ekranda "Pensilvaniyada yaşayır. 251 günahsız insanı öldürdü. Güləni dayandırın" kimi ifadələr yer alıb.

 

Mart ayının əvvəlində FETÖ mənsublarına aid bir qrup tərəfindən Tayms-skver yaxınlığında 42-ci küçə ilə 8-ci prospektin küncündəki rəqəmsal ekrana Türkiyəni qaralama kampaniyası çərçivəsində reklam verilmişdi.




Mənbə: TRT Haber Oxunub: 90 dəfə; Tarix: 2021-03-14 19:41
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!