Ayətullah Xamenei: "Siz kimsiniz ki, İranın nüvə silahı əldə etməsinə mane olasınız?!" - Təfərrüat


Eastnews.org-un verdiyi məlumata görə, İranın Ali lideri Ayətullah Seyid Əli Xamenei Xobreqan Ekspertlər Şurası Məclisinin başçısı və üzvləri ilə görüşüb.

 

Görüş zamanı Ayətullah Xamenei bildirib ki, İranın uranı zənginləşdirməsi həddi 20 faiz deyil, ölkənin ehtiyacına uyğun və nüvə mühərrikləri üçün lazım gələrsə, uranın zənginləşdirilməsini 60 faizə də çatdıra bilərlər:

 

"Ölkəmiz ehtiyacları üçün əlverişli nüvə texnologiyası gücünü əldə etməkdə qərarlıdır. Bir neçə illik müqavilə imzalanıb, bu müqaviləyə əgər onlar əməl etsələr, Tehranda da onların əməl etdiyi müddət qədər əməl olunacaq. Lakin qərb ölkələri özləri də çox yaxşı bilirlər ki, biz nüvə silahı ardınca getmirik. Nüvə silahı məsələsi bir bəhanədir, onlar bizim adi silahlarımıza belə qarşı çıxırlar. Bizim müdafiə imkanlarımıza qarşıdırlar. Çünki onlar İranın güc komponentlərini əlindən almaq istəyirlər".

 

Ayətullah Xamenei qeyd edib ki, dörd ölkə - üç Avropa ölkəsi və ABŞ-ın bu günlərdə verdikləri açıqlamalarda təkəbbür, tələb doludur: 

 

"Bu ədəbiyyat səhvdir və səhv edirlər. Onlar daim İranın son öhdəliklərini, bu öhdəliklərin bəzilərini niyə ləğv etdiyimizi müzakirə edirlər və özlərinin ilk gündən bəri heç yerinə yetirmədiklərini anlamırlar. Yəni töhmət ediləcək olanlardır. Uzun müddətdir ki, İslam Respublikası yerinə yetirilməsi lazım olan bütün öhdəliklərinə əməl edib.

 

Bəziləri, yəni beynəlxalq sionizmin təlxəkləri deyirlər ki, biz icazə vermirik İran nüvə silahı əldə edə. Siz kimsiniz ki, İranın nüvə silahı əldə etməsinə mane olasınız?! Əgər biz nüvə silahı əldə etmək istəsəydik, siz və sizdən daha böyüklər bunun qarşısını ala bilməzdi. Bizim belə bir qərarımız yoxdur, bu bizim İslami təfəkkürümüzdür. İslam düşüncəmiz silahsızların, mülki şəxslərin və sadə insanların məhv olduğu bir silahın qadağan olduğunu söyləyir. Bu silah qadağandır. İndi nüvə, kimyəvi və ya başqa bir şəkildə olsun. Bu silah qadağandır. Bu silahı təqib etmək istəmədiyimiz İslamdan irəli gəlir.

 

Özünüz bunları müşahidə etmirsiniz; Amerika Birləşmiş Ştatları bir gündə 220.000 dinc insanı qırıb. Artıq beş ildir ki, Qərbin dəstəklədiyi təyyarələr insanları, bazarları, məscidləri, xəstəxanaları, məktəbləri bombalayır, sadə insanları öldürür, bu kimi insanları mühasirəyə alır. Bu onların işidir. İslam Respublikası bu metodu qəbul etmir, ona görə də nüvə silahı barədə heç düşünmürük". 
 




Mənbə: khamenei.ir Oxunub: 1111 dəfə; Tarix: 2021-02-23 12:06
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!