Yəməndəki casuslar əməllərini etiraf etdi
Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ və Böyük Britaniyanın Yəməndəki casuslarının növbəti məhkəməsi keçirilib.
İclas paytaxt Sənadakı Ağır Cinayətlər Məhkəməsində baş tutub.
Məlumatlarda bildirilir ki, ittiham olunan şəxslər məhkəmədə verdikləri ifadələrdə ABŞ və Böyük Britaniyanın sifarişi ilə Yəməndə dağıdıcı işlər gördüklərini etiraf ediblər.
Bundan əlavə, baş prokuror məhkəməyə təqdim etdiyi video sübutlarda ABŞ və Böyük Britaniyanın Yəmənin əl-Mohre vilayətindəki əl-Qiza hava limanını casusluq mərkəzi olaraq istifadə etdiklərini nümayiş etdirib.
Baş prokuror bu gün Yəməndəki televiziya kanallarında da casusların etiraflarının yayınlanacağını jurnalistlərə açıqlamasında qeyd edib.
Mənbə: AlMasirah
Oxunub: 144 dəfə;
Tarix: 2021-02-23 11:48
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.
Sosial səhifələrdə paylaş
Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.