ABŞ Suriyaya növbəti dəfə hərbi qüvvə yeritdi
Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ Suriyadakı hərbi bazalarına hərbçi, əsgər və silahlar göndərmək üçün növbəti dəfə hərəkətə keçib.
Bu barədə yerli mənbələr məlumat yayıblar.
Məlumatda vurğulanır ki, ABŞ ordusuna məxsus 25 hərbi maşın Suriyanın şimalında yerləşən Hasekə vilayətinə daxil olub.
Hasekə vilayətində olan əl-Malikiyə şəhərindəki hava limanı ətrafında yerləşən hərbi bazaya daxil olduqları deyilən hərbi avtomobillərin keçidi zamanı da təhlükəsizlik tədbirlərinin artırıldığı diqqətə çatdırılıb.
Mənbə: SANA
Oxunub: 31 dəfə;
Tarix: 2021-02-23 11:40
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.
Sosial səhifələrdə paylaş
Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.