Ukrayna ordusu hücuma hazır olduğunu açıqladı
Eastnews.org-un verdiyi xəbərə görə, Ukrayna Silahlı Qüvvələrin komandanı Ruslan Xomçak Silahlı Qüvvələrin hücum əməliyyatları və şəhər ərazilərində döyüş təlimlərini keçdiyini açıqlayıb.
“Hücum hərəkətlərinə gəlincə, ötən il bütün döyüş hərbi birləşmələrini şəhərləşmiş ərazilərdə hücum əməliyyatları üçün hazırlamağa başladıq”,- deyə Ruslan Xomçak Ukrayna "5-ci Kanal"ının efirində bəyan edib.
Tədbirlərin orduların hər hansı bir fövqəladə vəziyyətə hazır olması üçün keçirildiyi qeyd edilib.
Mənbə: RİA
Oxunub: 589 dəfə;
Tarix: 2021-02-23 11:36
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.
Sosial səhifələrdə paylaş
Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.