"Oxfam" qərb ölkələrini ittiham etdi
Eastnewas.org-un verdiyi xəbərə görə, beynəlxalq yardım təşkilatı olan "Oxfam" Böyük Britaniyanın Səudiyyə Ərəbistanına silah satmasına etiraz edib.
Bu barədə yayılan yazılı açıqlamada diqqətə çatdırılıb.
Vurğulanıb ki, Böyük Britaniyanın Səudiyyə Ərəbistanına silah satması Yəməndəki müharibəni daha da şiddətləndirib.
"Bu bərabər olmayan müharibədə Almaniya, Fransa, Böyük Britaniya və ABŞ silahları ilə təmin olunan Səudiyyə Ərəbistanı Yəməndə insan haqlarını pozur. Onlar Yəmənə humanitar yardımların daxil olmasına da mane olurlar", - deyə yazılı açıqlamada qeyd olunur.
Mənbə: Türk mediası
Oxunub: 26 dəfə;
Tarix: 2021-02-23 10:56
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.
Sosial səhifələrdə paylaş
Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.