Məaribdə Yəmən ordusuna qarşı döyüşən qüvvələrin adları açıqlandı


Eastnews.org-un verdiyi xəbərə görə, Yəmənin Milli Qurtuluş hökumətinin Baş Naziri Əbdül Əziz ibn Habtur Məarib şəhərində baş verən müharibə ilə bağlı açıqlama verib.

 

O, açıqlamasında bildirib ki, bu müharibədə Yəmən xalqına qarşı ABŞ, Birləşmiş Ərəb Əmirlikləri üçün azı 4 qruplaşma və Səudiyyə Ərəbistanı döyüşür.

 

"Bu 4 qruplaşmaya əl-İslah Partiyası (red- "Müsəlman Qardaşlar Təşkilatı"nın Yəmən qolu), "Əl-Qaidə", İŞİD və digər sələfi terrorçu təşkilatlar daxildir. Onların istifadə etdikləri silahlar da ABŞ istehsalıdır", - deyə Əbdül Əziz ibn Habtur diqqətə çatdırıb.

 

Baş Nazir qeyd edib ki, Məarib müharibəsi Yəmən xalqının qürur və namus mübarizəsidir.




Mənbə: AlMasirah Oxunub: 72 dəfə; Tarix: 2021-02-22 15:34
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!