Nuri Maliki ABŞ hərbi qüvvələrinə ehtiyaclarının olmadığını vurğuladı
Eastnews.org-un verdiyi xəbərə görə, İraq parlamentinin "Qanun Hikməti İttifaqı"nın sədri, sabiq baş nazir Nuri Maliki ABŞ hərbi qüvvələri ilə bağlı açıqlama verib.
Nuri Maliki açıqlamasında bildirib ki, İraqın ABŞ-ın hərbi varlığına ehtiyacı yoxdur.
"ABŞ hərbi qüvvələri kürdlər və sünni müsəlmanlar daxil olmaqla bütün iraqlılar üçün təhlükəlidir. Buna görə də onların hərbi varlığına ehtiyacımız yoxdur", - deyə Nuri Maliki diqqətə çatdırıb.
O qeyd edib ki, parlamentin təsdiqləmədiyi müddətdə NATO və yaxud ABŞ ilə hansısa hərbi razılaşma qeyri-qanunidir.
Mənbə: AlAlam
Oxunub: 67 dəfə;
Tarix: 2021-02-22 14:20
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.
Sosial səhifələrdə paylaş
Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.