NATO baş katibi Rusiya ilə qarşıdurmaya hazır olduqlarını açıqaldı


Eastnews.org-un verdiyi xəbərə görə, NATO baş katibi Yens Stoltenberq ittifaqın Rusiya ilə qarşıdurmaya, həm də qarşılıqlı fəaliyyətə hazır olduğunu lakin hər şeyin Moskvanın mövqeyindən aslı olduğunu açıqlayıb

 

NATO baş katibi bu barədə İspaniyanın “El Mundo” qəzetinə müsahibəsində açıqlama verib.

 

“Mən Rusiyaya dəqiq siqnalın göndərilməsinin zəruri olduğunu düşünürəm. Əgər onlar toqquşma istəyirlərsə, biz hazırıq. Əgər əməkdaşlıq istəyirlərsə, biz şad olarıq”, - deyə Stoltenberq bildirib.

 

O, NATO-nun üzvlərini qorumağa hazır olduğunu qeyd edib.

 

“Rusiya ilə dialoq gücə və sərtliyə əsaslanmalıdır”, - deyə Yens Stotlenberq vurğulayıb.




Mənbə: TASS Oxunub: 608 dəfə; Tarix: 2021-02-16 15:05
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!