Qətər və Misir əlaqələrin bərpası üçün danışıqlar aparacaq


Eastnews.org-un verdiyi xəbərə görə, Qətər və Misir diplomatları, təhlükəsizlik xidmətinin nümayəndələrinin yaxın vaxtlarda Qahirədə əməkdaşlığın bərpası, Qətər layihələrinin inşasının Qahirədə başa çatdırılması barədə danışıqlar aparacağı açıqlanıb.

 

Bu barədə “Al-Arabiya” televiziya kanalı mənbələrinə istinadən məlumat verib.

 

“Qətərdən Misirə birbaşa uçuşların bərpası iki ölkə arasındakı münasibətlərin bərpası üçün ilk addımdır və bundan sonra əməkdaşlığı bərpa etmək üçün diplomatlar və təhlükəsizlik xidmətinin nümayəndələri arasında bir sıra koordinasiya görüşləri keçiriləcək”, - deyə mənbə qeyd edib.

 

Xatırladaq ki, Misir Xarici İşlər nazirinin iştirakı ilə Səudiyyə Ərəbistanında yanvarın əvvəlində keçirilən Ərəbistan monarxiyaları başçılarının zirvə görüşünün nəticələrindən sonra Qətərlə kəsilən münasibətləri bərpa etməyə, nəqliyyat blokadasına son qoymağa və ticarət-iqtisadi əlaqələri bərpa etməyə razılıq əldə edilib. Bundan sonra Misirdəki layihələri bu müddət ərzində dondurulan Qətər şirkətlərinin fəaliyyəti, inşaatlarını tamamlamaq üçün icazə verilib.




Mənbə: RİA Oxunub: 100 dəfə; Tarix: 2021-01-13 10:21
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!