Bu gün Azərbaycan, Türkiyə və Pakistan XİN başçılarının görüşü olacaq


Eastnews.org-un verdiyi xəbərə görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasına rəsmi səfərə yola düşüb.

 

Məlumata əsasən, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva tvitterdə yazıb.

 

Ceyhun Bayramov Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Pakistan XİN başçısı Mahdum Şah Mahmud Qureşi ilə birgə 2-ci üçtərəfli görüşdə iştirak edəcək. Nazirlərin görüşü bu gün Pakistanın paytaxtı İslamabadda keçiriləcək.

 

Yanvarın 14-də isə Azərbaycan xarici işlər nazirinin Pakistanın yüksək səviyyəli rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.




Mənbə: report.az Oxunub: 270 dəfə; Tarix: 2021-01-13 09:41
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!