ABŞ Nümayəndələr Palatası Trampa qarşı ilk addımı atdı


Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ Nümayəndələr Palatası “konstitusiyanın 25-ci maddəsi”ndən istifadə edərək, vitse-prezident Mayk Pensdən prezident Donald Trampın istefasını tələb edən qanun layihəsini qəbul edib.

 

Ancaq səsvermə keçirilmədən əvvəl Pens Nümayəndələr Palatasının sədri Nensi Pelosiyə məktub göndərərək, "konstitusiyanın 25-ci əlavə maddəsini tətbiq etməyəcəyini" onsuz da bildirdiyi üçün Palatadakı səsvermə rəmzi mənadan o tərəfə keçmir.

 

Layihənin 223 lehinə və 205 də əleyhinə səs verildiyi halda, yalnız bir Respublikaçı deputatın lehinə səs verdiyi müşahidə olunub.

 

Layihə Pensə Trampın impiçmentinə cavabını Konqresə təqdim etmək üçün 24 saat vaxt verir.




Mənbə: AA Oxunub: 47 dəfə; Tarix: 2021-01-13 09:45
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!