Almaniya ABŞ-dakı aksiyalarla bağlı vətəndaşlarına xəbərdarlıq etdi


Eastnews.org-un verdiyi xəbərə görə, Almaniya Xarici İşlər Nazirliyi, ölkə vətəndaşlarına, xüsusən də 20 yanvarda yeni seçilmiş prezident Co Baydenin andiçmə mərasimi günü bütün Amerikada zorakılıqla müşaiyət olunan kütləvi etiraz aksiyalarının olacağı barədə xəbərdarlıq edib.

 

Məlumata əsasən, nazirlik vətəndaşlarının diqqətinə çatdırıb ki, Vaşinqton daxil olmaqla 50 ştatda zorakılıqla müşaiyət olunan kütləvi etiraz aksiyaları baş tuta bilər.

 

Qeyd olunub ki, ABŞ-da təhlükəsizlik vəziyyəti 20 yanvardan əvvəl hər an çox sürətli şəkildə dəyişə bilər.

 

Almaniya XİN, ABŞ-da olan Almaniya Federativ Respublikası vətəndaşlarını inzibati mərkəzlərdəki hökumət binalarından və kütləvi aksiyaların keçirildiyi ərazilərdən uzaq olmağı tövsiyə edib.




Mənbə: report.az Oxunub: 89 dəfə; Tarix: 2021-01-13 09:22
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!