Türkiyə Rusiyadan "S-400"lərin II partiyasını bu şərtlə ala biləcəyini açıqladı


Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyə müdafiə sənayesi katibliyinin rəhbəri İsmail Dəmir texnologiyanın ötürülməsi şərti ilə Rusiyadan “S-400”lərin ikinci partiyasını almağa hazır olduqlarını açıqlayıb.

 

Bu barədə "CNN Türk" məlumat verib.

 

“Əlavə sanksiyalar tətbiq olmayana qədər heç bir risk görmürük. İstəsəydik, ikinci “S-400” paartiyası bu gün gəlmişdi, ancaq ortaq istehsal və texnologiya transferi bizim üçün vacibdir”, - deyə "CNN Türk" İsmail Dəmirin sözlərini sitat gətirib.

 

İsmayil Dəmir Türkiyənin aldığı “S-400 sistemlərinin” istismara hazır olduğunu və ehtiyac yaranan kimi istifadə ediləcəyini sözlərinə əlavə edib.




Mənbə: CNN Türk Oxunub: 354 dəfə; Tarix: 2021-01-11 16:32
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!