"Tvitter" Ayətullah Xameneinin paylaşımını sildi


Eastnews.org-un verdiyi xəbərə görə, İran Ali lideri Ayətullah Xameneinin yeni növ koronavirus (COVID-19) ilə bağlı paylaşımı "Tvitter" qaydalarını pozduğu iddiası ilə silinib.

 

Sosial media nəhənglərindən biri olan "Tvitter" Ayətullah Xameneinin hesabından ABŞ və İngiltərə peyvəndlərinin etibarlı olmadığına dair paylaşımını silib.

 

ABŞ və İngiltərənin istehsal etdiyi vaksinlərə güvənmədiyini söyləyən Ayətullah Xamenei "Amerika və İngiltərə peyvəndlərinin ölkəyə idxalı qadağandır. Bunu məsul şəxslərə dedim, indi açıq elan edirəm", - demişdi. Ayətullah Xamenei 1985-ci ildə 400-dən çox insanın ölümünə səbəb olan "çirkli qan qalmaqalı"nda iştirak edən Fransaya da etibar etmədiyini söyləmişdi.

 

İranın Ali liderinin açıqlamasından sonra İran Qızıl Aypara Cəmiyyəti "Pfizer" şirkətindən 150 min doza "COVID-19" peyvəndinin alışının ləğv edildiyini açıqlayıb.




Mənbə: AA Oxunub: 607 dəfə; Tarix: 2021-01-09 10:55
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!