"Facebook" Dünya Müsəlman Alimlər Birliyinin səhifəsini blokladı


Eastnews.org-un verdiyi xəbərə görə, "Facebook" sosial şəbəkəsinin idarəçiləri bu birliyin sosial şəbəkədəki İsrail əleyhinə çağırışına görə Dünya Müsəlman Alimlər Birliyinin səhifəsini bloklayıb.


Məlumata görə, Dünya Müsəlman Alimlər Birliyi "Facebook" sosial şəbəkəsinin bu addımını qınayıb və əsas amilinin İslam ümmətinin İsrail rejiminə qarşı çıxmasının olduğunu bildirib.

 

Dünya Müsəlman Alimlər Birliyi bu yaxınlarda İsrailə sanksiya tətbiq olunmasının zəruriliyinə dair açıqlama verib. Birlik İsrail işğal altındakı Fələstin torpaqlarından geri çəkilənə qədər Təl-Əvivə qarşı iqtisadi embarqo daxil olmaqla hərtərəfli boykot çağırışı edib:

 

"Bizim çağırışımız İsrail rejimi və məhsullarını boykot etmək üçündür, çünki bu rejim ərəblərlə münasibətləri normallaşdırmağa, Fələstin torpaqlarını və Colan təpələrini işğal etməyə və Əqsa məscidinə qarşı cinayətlərinə davam edir İşğalçıları işğal olunmuş ərazilərdən qovmaq və beynəlxalq qanunlar, müqavilələr, qərarlarla da vurğulanan bütün qanuni, məcburi, dini vasitələrlə və insan ehtiyacları ilə müqavimət göstərmək lazımdır".




Mənbə: Mehr News Agency Oxunub: 35 dəfə; Tarix: 2021-01-06 10:14
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!