Hulisi Akar Qarabağda Ortaq Mərkəzdə xidmət edəcək hərbiçilərlə görüşüdü - Foto
Eastnews.org-un verdiyi xəbərə görə, Bakıda səfərdə olan Türkiyənin müdafiə naziri Hulisi Akar, Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün ortaq mərkəzdə xidmət edəcək hərbiçilərlə görüşüb.
Bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.
Hulisi Akar bildirib ki, türk hərbiçiləri atəşkəsin qorunması ilə bağlı Birgə Mərkəzdəki vəzifələrini icra etməyə hazırdırlar:
“Ortaq Mərkəzdə fəaliyyətə başladıqdan sonra işlərimiz çoxalacaq. Azərbaycanlı qardaşlarımızın haqlı mübarizəsində, müdafiə vəzifəmizi yerinə yetirəcəyik”.
Mənbə: apa.az
Oxunub: 682 dəfə;
Tarix: 2020-12-31 11:25
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.
Sosial səhifələrdə paylaş
Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.