Baydenin xarici siyasət komandası çoxtərəfli münasibət və hərbi müdaxilənin tərəfdarıdır


Baydenin xarici siyasət komandasının tərkibi elədir ki, Bayden rəhbərliyində ABŞ xarici siyasətindəki dəyişikliklər haqqında deyilənlər kökündən yanlışdır.

 

Nəhayət, çox müzakirədən sonra Donald Tramp Ağ Evdən ayrılmağa razı oldu və Co Bayden ABŞ Nazirlər Kabinetinin bəzi ciddi üzvlərini təqdim etdi.

 

Antoni Blinken Bayden tərəfindən ABŞ-ın yeni dövlət katibi olaraq təqdim edildi. O, kiçik Obama kimi tanınır.

 

Blinken Demokrat Partiyası ilə uzun bir tarixə malikdir və Dövlət Departamenti yanında milli təhlükəsizlik məsləhət qruplarında prezident vəzifəsində çalışıb. "Reuters"in məlumatına görə, onun idarəetmə tərzinə bələd olanlar Blinkeni nikbin və xarici siyasətdə üstünlük təşkil edən diplomatlar diplomatı kimi xarakterizə edirlər. Blinken ilə Milli Təhlükəsizlik Şurasında və Obama dövründə Dövlət Departamentində işləyən Tom Şannon bildirib ki, heç vaxt onun əsəbləşdiyini görmədim.

 

Blinkenin ruhunu və düşüncəsini bilmək onun müxtəlif məsələlərdə dövlət katibi kimi yanaşmasını xeyli aydınlaşdıra bilər və ABŞ-ın yeni rəhbərliyi və xüsusən də xarici siyasəti ilə bağlı yersiz nikbinliyin qarşısını ala bilər.

 

Antoni Blinken kimdir?

 

Blinken 16 aprel 1962-ci ildə Nyu-Yorkda anadan olub. Atası və anası yəhudidir. Anasının boşanmasından sonra 1971-ci ildə anası ilə birlikdə Fransaya köçüb. Harvard Universitetinin hüquq fakültəsini bitirib. Blinken valideynləri boşandıqdan sonra anası Judit ilə Parisə köçdüyü üçün uşaqlığını Fransada keçirib. Fransada anası güclü bir polşalı vəkil Samuel Pissarla evlənir. Blinken xarici siyasətdə uzun bir tarixə malikdir və onun bu sahəyə girişi 1990-cı illərin sonunda düşünülməlidir. Fransada yaşayaraq siyasətçilər, jurnalistlər və Frankofoniya mədəniyyətinin məşəl daşıyıcıları ilə əlaqələrində olub.

 

Blinkenin keçmişi və digər ölkələrə hərbi müdaxiləni dəstəkləməsi 

 

Blinken xarici siyasətdə uzun bir tarixə malikdir və onun bu sahəyə girişi 1990-cı illərin sonundan hesablanmalıdır. Blinken 1994-2001-ci illərdə ABŞ Milli Təhlükəsizlik Şurasında çalışmış, eyni zamanda 1999-2001-ci illərdə ABŞ prezidentinin Avropa və Kanada üzrə xüsusi müşaviri vəzifəsində çalışıb.

 

Blinkenin Avropa ilə əlaqəsi dərin və fərdi bir münasibətdir, ABŞ Transatlantik Ticarət Sazişinin müttəfiqlərinə inanır. Blinkenin Bayden ilə yaxın tanışlığı 2002-ci ildə başlayıb. 2002-ci ildə Senatın Xarici Əlaqələr Komitəsinin direktoru təyin edilib və 2008-ci ilə qədər bu vəzifədə çalışıb. 2008-ci ildə Bayden üçün kampaniyaya qoşulub və Obama-Bayden keçid komandasının üzvü idi.

 

2009-2013-cü illərdə Obamanın Milli Təhlükəsizlik müşavirinin müavini vəzifəsində çalışıb. Bu müddət ərzində ABŞ-ın Əfqanıstan, Pakistan və İran üçün strategiyalarının hazırlanmasında iştirak edib.

 

Eyni zamanda ABŞ-ın Suriyaya qarşı strategiyasının əsas dizaynerlərindən biri idi. 7 noyabr 2014-cü ildə Obama Blinkeni dövlət katibinin müavinliyinə namizəd göstərdiyini açıqlayıb. 55 səs lehinə, 38 səs Senatdan lehinə səs alıb.

 

Blinken bundan əvvəl Obamanın rəhbərlik etdiyi Milli Təhlükəsizlik Şurasında dövlət katibinin müavini vəzifəsində çalışarkən və xüsusən də lideri Baydenlə birlikdə Liviyaya silahlı müdaxiləyə dəstək olaraq ABŞ-ın Suriya müharibəsinə daha güclü müdaxiləsini müdafiə etmişdi.

 

2015-ci ildə Blinken də Səudiyyə koalisiyasının Yəmənə hücumunu dəstəkləyib. Dövlət katibinin müşaviri olaraq Blinken hər zaman ABŞ-ın Suriya münaqişəsində daha çox iştirakına çağırıb və qeyd olunduğu kimi, hətta Liviyaya silahlı müdaxiləyə dəstək məsələsində prezident Baydenlə fikir ayrılığı olub. 2003-cü ildə ABŞ-ın İraqı işğal etməsində Co Baydenin tərəfdarı olub.

 

Obama administrasiyasının Milli Təhlükəsizlik Şurasında olduğu kimi dövlət katibinin müavini olduğu müddətdə Blinken daima ABŞ-ın Suriya münaqişəsində aktiv iştirakına çağırış edib. Blinken, eyni zamanda diplomatiyanın cəlbedici güclə tamamlanması lazım olduğunu və hərbi gücün təsirli diplomatiya üçün vacib bir vasitə kimi istifadə edilə biləcəyini düşünür.

 

Blinken açıqlamalarının birində deyir:

 

"Suriyada fəaliyyətimizlə yeni bir İraqın yaranmasının qarşısını ala bildik".

 

Blinken Avropanı ABŞ üçün həyati bir tərəfdaş adlandırıb və Tramp administrasiyasının Almaniyadakı ABŞ əsgər sayını azaltmaq planlarını axmaq, qisasçı və itirən bir strategiya olaraq qınayıb. O, verdiyi açıqlamlamlarında bildirib ki, bu addım NATO-nu zəiflədir. Vladimir Putinə kömək edir və Avropadakı ən vacib müttəfiqimiz olan Almaniyanı incidir.

 

Xarici siyasət məsələlərində isə (terrorizm, iqlim dəyişikliyi, koronavirus epidemiyası, beynəlxalq ticarət, Çinlə münasibətlər və İranın nüvə razılaşması da daxil olmaqla) dəfələrlə qeyd edib ki, ABŞ müttəfiqləri ilə işləməlidir. Blinken ABŞ-ı çoxtərəfli qurumlarda liderliyə çağırıb.

 

Blinken və İran

 

Blinken keçən avqust ayında Aspen Təhlükəsizlik Şurasında çıxışında nüvə razılaşmasını müdafiə edib. Bayden prezident olacağı təqdirdə İrana nə edəcəyini soruşduqda "İran öz öhdəliklərinə ciddi şəkildə əməl etsə, nüvə anlaşmasını davam etdirmək və möhkəmləndirmək və uzatmaq üçün səylər göstəriləcəkdir", - deyə bildirib.

 

Daha sonra ABŞ-ın diplomatiyaya sadiq olduğunu və müttəfiqləri ilə nüvə anlaşmasını gücləndirmək və uzatmaq üçün çalışacağını bir daha təsdiqləyib.

 

Göründüyü kimi Blinken çoxtərəfliliyi dəstəkləyir, ancaq ABŞ-ın son sözünü söylədiyi çoxtərəfli münasibət deməkdir.

 

Blinken bu şərtlər altında ABŞ-ın digər İrandakı sabitliyi pozan fəaliyyətlərə qarşı təsirli addımlar atmaq üçün daha yaxşı bir vəziyyətdə ola biləcəyini söyləyib, çünki ABŞ tərəfdaşlarından ayrılmaq əvəzinə yenidən onlarla birləşəcəklərinə inandığını bildirib.

 

Son nöqtə

 

Qeyd etmək vacibdir ki, Blinkenin siyasəti ilə Tramp administrasiyasının xarici siyasəti arasında az fərq var. İraq və Suriyada müharibənin başlamasına dəstək ABŞ-ın yeni dövlət katibinin kiçik bir nümunəsidir. Performansı göstərir ki, Tramp kimi, o da tək Amerika strategiyasına inanır, lakin bu strategiyanı Trampdan fərqli bir şəkildə icra edir.

 

Blinken karyerasına əvvəlcə Amerikanın köhnə müttəfiqlərinə yaxınlaşmaqdan və daha sonra Ağ Evin bu fikirlərini diktə etmək istəməsindən başladığını göstərir. Göründüyü kimi Blinken çoxtərəfliliyi dəstəkləyir, ancaq bu ABŞ-ın son sözünü söylədiyi çoxtərəfli münasibət deməkdir.




Mənbə: Eastnews.org Oxunub: 711 dəfə; Tarix: 2020-11-26 11:34
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Qüdsdəki gərginlik nə ilə nəticələnəcək?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!