Sudanda İsrail ilə normallaşma əleyhinə aksiya keçirildi


Eastnews.org-un verdiyi xəbərə görə, Sudanın paytaxtı Xartum şəhərində iqtisadi böhran və işğalçı İsrail rejimi münasibətləri normallaşdırmaq razılaşmasına etiraz məqsədilə aksiya keçirilib.

 

Bu barədə yerli mənbələr məlumat yayıblar.

 

Məlumatda qeyd olunur ki, keçirilən aksiyada müvəqqəti hökumətin iqtisadi islahatlar planına etiraz olunub və işsizliyin artmasına görə hərbi xunta rejimi ittiham edilib.

 

Bundan əlavə nümayişçilər hökumətin İsrail rejimi ilə yaxınlaşmasını qınayan şüarlar səsləndiriblər.

 

Təhlükəsizlik qüvvələrinin aksiyaya sərt müdaxilə etdiyi də diqqətə çatdırılıb.




Mənbə: Parstoday Oxunub: 88 dəfə; Tarix: 2020-10-23 11:28
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!