Boliviya prezidenti Rusiya ilə münasibətləri gücləndirmək niyyətindədir - Foto


Eastnews.org-un verdiyi xəbərə görə, Boliviyanın yeni seçilmiş prezidenti Luis Arse dünən Rusiya ilə münasibətləri gücləndirmək üçün çalışmaq istədiyini söyləyib.

 

"Rusiya Federasiyasının Prezidenti qardaşımız Vladimir Putinin təbriklərinə və (Rusiyanın) Boliviyadakı səfiri Vladimir Sprinçanın bu gün bizə etdiyi ziyarətə görə minnətdarıq. Ölkələrimiz arasındakı münasibətləri xalqlarımızın rifahı naminə gücləndirəcəyik", - deyə Arse "Tvitter"də yazıb.

 

Arse paylaşımına yeni seçilmiş vitse-prezident David Çokeankanın da qatıldığı Rusiya səfiri ilə görüşdən şəkil də əlavə edib.




Mənbə: TASS Oxunub: 56 dəfə; Tarix: 2020-10-23 10:48
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!