Maduro sabiq nazirin ABŞ-la gizli danışığı barədə zarafat etdi


Eastnews.org-un verdiyi xəbərə görə, Venesuela prezidenti Nikolas Maduro keçmiş rabitə və kommunikasiya naziri Xorxe Rodriqezlə ortaq çıxışı zamanı Rodriqezin ABŞ prezidenti Donald Trampın nümayəndəsi ilə hakimiyyətdən getməsini təşkil etmək üçün apardığı gizli danışıqlar xəbərinə təbəssümlə münasibət bildirib.

 

Maduro "Bu gün ABŞ-da mənim də dəvət olunduğum debat gedir. Xorxe Rodriqez göndərmək istədim, amma dedilər ki, mənim gedişimi müzakirə edirmiş. Xəbəri oxudun, Xorxe? Çimərliyə getməyim barədə. Siliya (prezident Maduronun həyat yoldaşı Siliya Flores - red.) ilə çimərliyə getməyə hazırlaşırdım", - deyə "Tvitter"dəki mikrobloqunda yayımlanan Milli Məclisə seçkilərdə vətənpərvər koalisiya nümayəndələri ilə görüşü zamanı söyləyib.

 

Qeyd edək ki, bir gün əvvəl "Bloomberg" agentliyinin mənbələrə istinadən Xorxe Rodriqez və Riçard Qrenellin sentyabr ayında Mexikoda gizli bir görüş keçirdikləri bildirilib. Qrenellin məqsədi Maduronun prezidentlikdən getməsini təşkil etmək cəhdi idi, danışıqlar uğursuz olub.




Mənbə: RİA Oxunub: 26 dəfə; Tarix: 2020-10-23 10:28
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!