Ceyhun Bayramovun Mayk Pompeo ilə görüşəcəyi vaxt açıqlandı


Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ Dövlət katibi Mayk Pompeo bu gün Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri ilə ayrı-ayrılıqda görüşəcək.

 

Yerli vaxtla 09:30-da (Bakı vaxtı ilə 17:30) Pompeonun Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla, 10:30-da isə Ermənistan naziri Zöhrab Mnatsakanyan ilə görüşü planlaşdırılır. Görüşdə Dövlət katibinin müavini Stiven Beqan da iştirak edəcək.

 

Xatırladaq ki, bir müddət əvvəl Pompeo nazirlərdən bölgədəki vəziyyəti dinləmək istədiyini və Dağlıq Qarabağ üzərindəki silahlı qarşıdurma gərginliyini azaltmaq üçün yollar tapmağa çalışacaqlarını söyləmişdi.




Mənbə: RİA Oxunub: 99 dəfə; Tarix: 2020-10-23 09:58
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!