ABŞ Senatı Navalnı işi ilə əlaqədar Rusiyaya qarşı sanksiyaların tətbiqini tələb etdi


Eastnews.org-un verdiyi xəbərə görə, bir sıra ABŞ senatorları dövlət katibi Mayk Pompeo və Maliyyə katibi Stefan Mnuçinə blogger Alexey Navalnının zəhərlənməsi ilə bağlı yaranmış vəziyyətə görə Rusiyaya qarşı sanksiya çağırışlarını özündə əks etdirən məktub ünvanlayıblar.

 

Bu barədə “Bloomberg”in məlumatında bildirilib.

 

Məktubu Demokratlardan Ben Kardin, Dik Durbin, Kris Kuns, Respublikaçılardan isə Mitt Romni, Marko Rubio və Rojer Uiker imzalayıb. 

 

Məktubda qəti şəkildə “Qlobal Maqnitski Aktı”na, eləcə də “Kimyəvi və Bioloji Silahlara Nəzarət Qanunu”nun müdəalarına əməl edilməsinə çağırış edilib.

 




Mənbə: apa.az Oxunub: 25 dəfə; Tarix: 2020-10-23 09:15
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!