Hikmət Hacıyev: "Türkiyə və Rusiyanın iştirakı Qarabağa sülh gətirəcək" - Müsahibə


10 oktyabrda başlayan humanitar atəşkəsə baxmayaraq Qarabağ dünya xəritəsində qaynar nöqtə olaraq qalmaqda davam edir. O gündən bəri tərəflər bir-birini atəşkəsi pozmaqda günahlandırmağa və yeni qüvvələrlə döyüş əməliyyatlarını davam etdirməyə müvəffəq olublar. Rusiyada fəaliyyət göstərən jurnalist Xəyal Müəzzin Qarabağdakı mövcud vəziyyətdən bəhs edən və münaqişədə Türkiyənin rolunu qiymətləndirən Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevdən müsahibə alıb.

 

- Türkiyə bu münaqişədə müttəfiqlərini hansı formada dəstəkləyə bilər?

 

- Türkiyənin rolu Ermənistan tərəfindən şişirdilir. Bütün bunlar dezinformasiya və propaqandadır. Türkiyənin dəstəyi mənəvi və diplomatikdir. Rusiya və İranla eyni şəkildə Azərbaycanın ərazi bütövlüyünün tərəfdarıdır. Ermənistan tərəfi türk qırıcıları və hərbi qüvvələrinin hərbi proseslərə müdaxilə etməsi barədə təbliğat aparır. Bizim tərəfimiz rəsmi olaraq müharibəmizdə üçüncü qüvvələrin iştirak etmədiyini elan edib. Hərbi texnikaya gəlincə, biz Türkiyə, İsrail, İran və Rusiyadan alırıq. Əgər onlardan istifadə ediriksə, bu o demək deyil ki, bu ölkələr müharibədə iştirak edirlər.

Bu fikir ermənilərin məntiqsizliyini göstərir. Azərbaycanın əlavə tərəflərin köməyinə ehtiyacı yoxdur. Azərbaycanın öz peşəkar silahlı qüvvələri var, bizim kifayət qədər öz şəxsi heyətimiz və silahlı qüvvələrimiz var. Azərbaycan hər şeyi təkbaşına edir. Əlbəttə ki, Türkiyədən gələn mənəvi dəstəyi yüksək qiymətləndiririk. Təbliğat dezinformasiyası ilə Ermənistan istənməyən qonaqları Qafqaza dəvət etmək istəyir.

 

- Türkiyənin Azəbaycana suriyalı döyüşçüləri gətirərək Qarabağdakı münaqişəni daha da qızışdırması ilə bağlı fikirləri necə şərh edə bilərsiniz?

 

- Terrorçu qüvvələrin tətbiqinə gəlincə, bu, Ermənistanın növbəti propaqandasıdır. Biz hər zaman olduğu kimi yalan ittihamlar gözləyirdik. Nədəsə ittiham edərkən söz deyil, dəlil gətirməlisiniz. Paylaşdıqları videolara gəlincə isə biz bilirik bu trolları haradan tapdıqlarını. Özləri onlara Azərbaycan hərbi formaları geyindirir və onlar da ərəbcə danışmağa çalışırlar, baxmayaraq ki, onlar ümumiyyətlə ərəb deyillər.

Səfərbərlik çağırışından sonra bütün dünya vətənlərinə xidmət etmək üçün nə qədər gənc könüllünün gəldiyini gördü. Təcrübəsiz ərəblərə ən yeni müasir texnologiyanı necə etibar etmək olar? Bu məntiqsizdir. Bu səbəbdən ön sıralarda bizim təlim keçmiş əsgərlərimizdir.

Ermənistan muzdlularını gizlətmək istəyir. Biz Fransanın "Liberation" qəzetində Xocalı qətliamında (1992-ci ildə Azərbaycanın Xocalı şəhəri sakinlərinin erməni silahlı birləşmələri tərəfindən kütləvi qətliamı - red.) iştirak edən muzdlu terrorçunun etirafına dair bir məqalə gördük. O, 20-dən çox Fransa vətəndaşının Azərbaycana qarşı döyüşməyə hazır olduğunu söyləyib. Buna görə də biz onların ittihamlarını rədd edirik, müharibəni Azərbaycan ordusu aparır. Ermənistan bu propaqanda ilə Azərbaycan qüvvələrinə qarşı şübhə yaratmaq istəyir.

 

- Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Qarabağ münaqişəsinə dair danışıqlarda iştirakı ilə bağlı bəyanatını necə şərh edə bilərsiniz?

 

- Ümumiyyətlə, belə baxdıqda Türkiyə və Rusiya Azərbaycan üçün dost və qonşu ölkələrdir. Türkiyə və Rusiya sözlərinin ağırlığı olan ölkələrdir. Buna görə də onların bu danışıqlarda iştirakının ciddi bir rol oynayacağını və sürətli bir nəticə əldə etməyə imkan verəcəyini düşünürük.

Niyə bunu deyirəm? Biz bunu Suriya böhranında gördük. Rusiya və Türkiyə bölgədəki gərginliyi azalda bildilər və böyük nəticələr əldə etdilər. Həm də kontakt qrupları çərçivəsində nəzərə alaraq, hər iki tərəfin ATƏT-in iştirakçısı olması vacib faktordur. Təbii ki, bu Minsk qrupunu inkar etmir. "İki üstəgəl iki" modelində Ermənistan, Rusiya, Azərbaycan və Türkiyə danışıqlar masasında bu münaqişənin gələcəyini həll edə biləcəklər.

Qeyd etmək lazımdır ki, Azərbaycan ilə İran arasında qarşılıqlı əməkdaşlıq mövcuddur. Xalqlarımızı bağlayan mənəvi və mədəni dəyərlərin olduğunu unutmamaq vacibdir. Biz İranın bu müharibədə bizə mənəvi dəstək verməyini çox dəyərləndiririk. 90-cı illərin əvvəllərində ermənilər Azərbaycana hücum edərkən İran xalqının qaçqınlarımıza necə kömək etdiyini hələ də unutmamışıq. İndiki müharibədə də İran öz siyasətini təmkinlə davam etdirir. İranın ali liderinin müşavirindən və İran prezidentindən Azərbaycan xalqına dəstəyi ilə bağlı mühüm açıqlamalar olub.

Ümumiyyətlə, İran, Rusiya və Qərbi Avropadan olan həmkarlarımıza da müharibə zamanı verilə biləcək hər hansı bir yersiz bəyanatın münasibətlərimizi pozacağını söylədik. İran və Rusiya təmkinli siyasət apararaq bunun Azərbaycan üçün həssas bir məsələ olduğunu başa düşürlər. Açıq deyim ki, Fransanın Azərbaycana qarşı bu açıqlamaları Azərbaycan və Fransa münasibətlərinə çox böyük təsir göstərdi və Fransanın Azərbaycandakı imicinə zərbə vurdu.




Mənbə: Politexpert Oxunub: 817 dəfə; Tarix: 2020-10-16 16:24
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!