ABŞ: Səudiyyə Ərəbistanını İranla qarşı-qarşıya qoymaq üçün gücləndirdik


Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ Dövlət Departamentinin sözçüsü Vaşinqtonun Səudiyyəni İranla qarşı-qarşıya qoymaq üçün  gücləndirdiklərini söyləyib.


Morgan Ortega "Arab News"a verdiyi müsahibədə Səudiyyə Ərəbistanının İrana qarşı özünü müdafiə etmək hüququna sahib olduğunu iddia edib:

 

"Səudiyyə Ərəbistanının və bölgədəki digər ölkələrin İranın silahlı qüvvələrinin önündə olduğunu bilirik və bu səbəbdən də İran qarşısında müttəfiqlərimizi gücləndirməyə çalışdıq".

 

Dövlət Departamentinin sözçüsü, qarşıdakı ABŞ prezident seçkilərinin nəticəsindən asılı olmayaraq Riyad-Vaşinqton münasibətlərini strateji adlandırıb.

 

Xatırladaq ki, Səudiyyə Ərəbistanı ABŞ-ın bölgədəki hərbi texnika idxalçılarından biridir.




Mənbə: Mehr News Agency Oxunub: 248 dəfə; Tarix: 2020-10-16 14:15
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!