Qırğızıstanda prezidentin səlahiyyətləri baş nazirə verilib


Eastnews.org-un verdiyi xəbərə görə, Qırğızıstanın Baş Naziri Sadır Japarov Prezidentin səlahiyyətlərini öz üzərinə götürüb.

 

TASS xəbər verir ki, bu barədə o, Hökumət evi qarşısında mitinqçilərin qarşısında çıxış edərkən deyib.

 

S.Japarov bildirib: “Prezident Sooronbay Jeenbekov istefa verməsi haqqında ərizə yazıb. Konstitusiyaya görə, Prezidentin səlahiyyətləri Joqorku Keneşin (parlament) sədrinə keçir. Parlamentin sədri Kanat İsayev isə Prezidentin səlahiyyətlərini öz üzərinə götürməkdən imtina edir. O bununla əlaqədar ərizə də yazıb. Beləliklə Baş Nazir kimi Prezidentin səlahiyyətləri də mənə keçib”.

 

Xatırladırıq ki, bu gün Qırğızıstanın Prezidenti Sooronbay Jeenbekov istefa verdiyini elan edib.




Mənbə: apa.az Oxunub: 24 dəfə; Tarix: 2020-10-16 08:57
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Azərbaycan ordusunun Ermənistanı sülhə məcbur etmə əməliyyatı nə ilə nəticələnəcək?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!