Pakistanda iki terror aktı törədilib


Eastnews.org-un verdiyi xəbərə görə, Pakistanın Bəlucistan vilayətində törədilən terror aktları nəticəsində 12 nəfər qətlə yetirilib.

 

Bu barədə Pakistan radiosu məlumat yayıb.

 

Qvadar bölgəsində (ölkənin cənub-qərbindəki Bəlucistan əyaləti - Red) naməlum silahlıların “Oil & Gas Development Company Ltd”nin avtomobil karvanına hücum etməsi nəticəsində altı hüquq mühafizə orqanının əməkdaşı həlak olub. Hücumun yeri mühasirəyə alınıb, cinayətkarların axtarışı davam edir.

 

Digər hadisə Razmak bölgəsində (ölkənin şimal-qərbindəki Şimali Vəziristan - Red) qeydə alınıb.

 

Belə ki, magistral yola qoyulan mina hərbi maşın konvoyu keçən zaman partladılıb. Nəticədə Pakistan ordusunun 6 hərbçisi şəhid olub.




Mənbə: report.az Oxunub: 29 dəfə; Tarix: 2020-10-16 08:31
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Azərbaycan ordusunun Ermənistanı sülhə məcbur etmə əməliyyatı nə ilə nəticələnəcək?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!