Moskva görüşü və Makronun ermənilərə dəstəyi - Təhlil


9-10 oktyabr tarixlərində Rusiya Xarici İşlər Nazirliyində (XİN) keçirilən görüşdə XİN başçısı Sergey Lavrov, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Zöhrab Mnatsakanyan bəyanat qəbul etdilər. Bəyanatda Rusiya Federasiyasının Prezidentinin müraciətinə cavab olaraq Prezident V.Putin, Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev və Ermənistan Respublikasının Baş naziri N.Paşinyan arasında əldə olunmuş razılığa əsasən aşağıdakı addımların atılması razılaşdırıldı:

 

1. 2020-ci ilin 10 oktyabr tarixi, saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur;

 

2. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq;

 

3. Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar;

 

4. Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər.

 

Bəs, humanitar atəşkəs hansı ölkəyə nə üçün lazım idi, Azərbayacan bu atəşkəsə imzalamaq üçün təzyiqlərə məruz qaldımı? Fransanın bu məsələdə mövqe necə oldu?

 

Humanitar atəşkəs kimə sərf edirdi?

 

Ermənistan tərəfinin xahişi ilə elan edilmiş humanitar atəşkəs əsllində yalnız rəsmi İrəvana sərf edirdi, düşmən tərəfə nəfəs almaq və mövqelərini bərkitməyə imkan verdi. Azərbaycan ordusunun 27 sentyabr tarixindən başlatdığı əks hücumlar qarşısında aciz duruma düşən, məğlubedilməz ordu mifi qırılan və döyüş meydanında tək qalan Ermənistan hakimiyəti etdiyi bütün qələtləri etiraf edərək Rusiyanı atəşkəs üçün hərəkətə keçirməyə vadar etdi.

 

Rusiyada, Avropada və Amerikada yaşayan tanınmış və iş adamı olan ermənilər də yalvarmaq, pul təklif etmək və nüfuzlarından istifadə etmək kimi yollardan istifadə edərək Qarabağda gedən döyüşləri nisbətən dayandırmağa müvəffəq oldular. Əslində işğal altında olan Xankəndidə reportaj hazırlayan rus müxbirlər də ermənilərin minlərlə itki verməsini, Azərbaycan ordusu qarşısında aciz duruma düşməklərini və qaçmaqdan başqa çıxış yolu görmədiklərini yazıblar.

 

Lakin humanitar atəşkəs dövründə itirdikləri əraziləri geri almaq üçün hücuma keçən Ermnistan silahlı bölmələri əslində heç də sülh niyyətində olmadıqlarını, atəşkəsin onlar üçün sadəcə güc toplamaq xarakteri daşıdığını nümayiş etdirdilər. Azərbaycanın cəbhə bölgəsindən xeyli aralıda olan Gəncə şəhərindəki yaşayış binasına raket atılması, orada sadə vətəndaşların həyatını itirməsi isə Ermənistanın vandal və işğalçı xislətini ortaya qoydu.

 

Azərbayacana atəşkəs üçün təzyiqlər edilibmi?

 

Azərbayacan işğal altında olan torpaqlarını geri almaq üçün başlatdığı hərbi əməliyyatlardan bu yana müxtəlif ölkələrdən atəşkəsin imzalanması istiqamətdə çağırışlar edilib. ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin başçıları da tərəfləri sülh imzalağa çağırıblar. Lakin bu ölkələr arasında Fransanı xüsusi ilə qeyd etmək olar ki, onun Ermənistana himayədarlığı demokratik və hüquqi prinsiplərlə birbaşa ziddiyyət təşkil etdi. Fransa prezidenti Emmanuel Makron dəridən-qabıqdan çıxaraq Azərbaycan tərəfini hərbi əməliyyatları dayandırmağa dəvət edib.

 

Maraqlıdır ki, işğala məruz qalan, vətəndaşları qaçqın və məcburi köçkün həyatı yaşayan və daima qarşı tərəfin təxribatlarına məruz qalan Azərbaycan olsa da, “ədalətsevər” Fransa bu məsələdə Ermənistanın, yəni təcavüzkarın yanında oldu. Makron təkcə Azərbaycan Prezidenti İlham Əliyevə 4 dəfə zəng etməklə, dərhal əmliyyatların dayandırılmasını istəyib.

 

Fransa İraq və Əfqanıstanın işğalında birbaşa koalisiya qüvvələrinin nəzdində iştirak edə bilir, Suriyada 2011-ci ildən bu yana davam edən qanlı döyüşlərdə tərəf kimi çıxış edir, müxtəlif silahlı qruplara yardımlar göstərə bilir, lakin Azərbaycanın öz torpaqlarını işğalçıdan azad etməsinə yalnış addım kimi baxır. Avropa dəyərləri, demokraik prinsiplərin saxtakarlığı daha bir sadə məsələdə ortaya çıxır. Məlum olur ki, dünya heç də demokratik prinsiplərlə, insan haqları ilə deyil, güc yolu ilə idarə edilir. Kimin gücü və pulu çoxdursa, nüfuz dairəsi genişdirsə, o haqlı və haqsızı öz maraqlarına görə təyin edir.

 

Frasanın işğalçı orduya dəstək verməsi

 

Humanitar atəşkəs dövründə tərəflər sülh danışıqlarını müzakirə etməli olduğu, hərbi əməliyyatların dayandırılması üçün səylərin göstərilməli olduğu dövrdə Fransa Azərbaycana qarşı daha bir xəyanətkar addım atdı. Əslində bu addım təkcə Azərbayacan deyil, demokratik prinsiplər baxımından bütün Qərb dəyərlərinə bir zərbə oldu.

 

Belə ki, Fransa hökuməti Ermənistana humanitar yardım adı altında müxtəlif silahlar göndərməkdən belə çəkinmədi. Silahların növləri və sayı məlum olmasa da, onların Azərbaycan ordusuna qarşı istifadə ediləcəyi dəqiqdir. Makron hökumətinin Ermənistana bu sevgisi əslində həm də onun növbəti prezidentlik dövrü üçün bir qarant rolunu oynayır. Fransadakı erməni lobbisinin dəstəyini növbəti prezident seçkilərində də almaq niyyətində olan Emmanuel Makron bunun üçün bütün demokratik prinsiplər və insan hüquqlarını kənara qoyaraq işğalçı bir rejimlə əməkdaşlıq edir və İrəvana bütün dəstəyini göstərir.




Mənbə: Eastnews.org Oxunub: 371 dəfə; Tarix: 2020-10-12 15:02
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Azərbaycan ordusunun Ermənistanı sülhə məcbur etmə əməliyyatı nə ilə nəticələnəcək?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!