İran Prezident Aparatının rəhbəri son xəbərlərə münasibət bildirdi - Təfərrüat


Eastnews.org-un verdiyi xəbərə görə, İran Prezident Aparatının rəhbəri Mahmud Vaezi Azərbaycan Baş Nazirinin müavini Şahin Mustafayevlə telefon danışığı aparıb.

 

Görüş zamanı Mahmud Vaezi bildirib ki, İran İslam Respublikasının Azərbaycanla bağlı mövqeyi həmişə şəffaf və aydın olub. İran qonşu Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyır və ona hörmətlə yanaşır. İşğala son qoyulmasının bölgədə sabitliyə səbəb olacağına inanırıq.

 

Prezident Aparatının rəhbəri iki ölkə arasındakı qarşıdurmada İrana Ermənistana yardım göndərilməsini qətiyyətlə rədd edib:

 

"İran İslam Respublikasının xarici siyasətində Azərbaycan mühüm və xüsusi bir yerə sahibdir və biz hər zaman bu ölkə ilə əlaqələrimizi gücləndirmək və inkişaf etdirmək üçün hər fürsətdən istifadə etmişik".

 

Azərbaycan və Ermənistan arasındakı münaqişədən narahatlığını ifadə edən Vaezi vurğulayıb:

 

"Son hadisələri diqqətlə izləyirik və iki ölkə arasındakı fikir ayrılıqlarının beynəlxalq hüquq qanunları və qaydaları çərçivəsində dialoq və danışıqlar yolu ilə həll olunmasına kömək etməyə hazırıq. Yayılan şayiələr tamamilə əsassızdır və məqsəd İranla Azərbaycan arasında yaxşı münasibətlər pozmaqdır. Şübhəsiz ki, Tehran ilə Bakı arasındakı yaxşı, strateji və hərtərəfli münasibətlər bu cür əsassız şayiələrdən təsirlənməyəcək və iki ölkə arasındakı münasibətlərin zərərli hərəkətlərinin heç bir nəticəsi olmayacaq".

 

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev isə öz növbəsində bildirib ki, İran İslam Respublikası Azərbaycanın yaxşı qonşusu və dostudur:

 

"İki ölkənin bir-biri ilə səmimi münasibətləri var və müxalif qüvvələrin səyi ilə bu yaxşı münasibətlərin pozulmasına imkan verməməliyik. İki ölkənin yüksək vəzifəli şəxsləri Tehran-Bakı münasibətlərini inkişaf etdirmək və dərinləşdirmək üçün çox səy göstərib və bu gün münasibətlər çox yaxşı səviyyədədir".




Mənbə: Mehr News Agency Oxunub: 1615 dəfə; Tarix: 2020-09-30 15:30
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!