Özbəkistanda hicab qadağası ləğv edilə bilər


Eastnews.org-un verdiyi xəbərə görə, Ali Məclisin (parlamentin) Qanunvericilik (aşağı) palatasının üzvü Rəsul Kuşerbayev Özbəkistanın yaxın vaxtlarda ictimai yerlərdə hicab taxma qadağasını ləğv edə biləcəyini söyləyib.

 

Bu barədə “Sputnik Özbəkistan” yazıb.

 

Rəsul Kuşerbayev sözlərinə əsasən, "Vicdan azadlığı və dini təşkilatlar haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi birinci oxunuşda qəbul edilib, eyni zamanda insanların ictimai yerlərdə dini geyimdə hərəkət etməsinə qoyulan qadağanın ləğvi nəzərdə tutulur.

 

Bundan əlavə, qanun layihəsi hər kəsin dini təhsil müəssisələrində, peşəkar təhsil almasına, valideyn və qəyyumlara uşaqlara dini etiqad əsaslarını və etiket qaydalarını (evdə təhsil) öyrətməyə imkan verir. Dəyişikliklər dini qurumları vəzifəli şəxslərin hərəkətləri (hərəkətsizliyi) ilə bağlı məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəməkdən azad edir.




Mənbə: Sputnik Özbəkistan Oxunub: 168 dəfə; Tarix: 2020-09-15 15:57
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Azərbaycan ordusunun Ermənistanı sülhə məcbur etmə əməliyyatı nə ilə nəticələnəcək?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!