Ayətullah Cavad Amuli Fransaya çağırış etdi


Eastnews.org-un verdiyi xəbərə görə, İslam dünyasının nüfuzlu din xadimi Ayətullah Cavad Amuli "Çarli Hebdo" jurnalı və Fransa ilə bağlı açıqlama verib.

 

Ayətullah Cavad Amuli açıqlamasında bildirib ki,dünyanı rifaha qovuşduracaq şey sülh və ağıldır.

 

"Bu gün eşdirik ki, əziz İslam Peyğəmbərini (s) yenidən təhqir etmək istəyirlər. Hansı ki, peyğəmbərlər hamısı bəşəriyyəti sülhə, əmin-amanlığa və ağılla yaşamağa dəvət etmişdir. Ölkələrin və yaxud hansısa qüvvələrin bu uca şəxsiyyətləri təhqir etməyə çalışması öz ziyanlarınadır. Əgər sülh olmasa yenidən müharibələr başlayar və insanlıq buradan ziyan çəkər", - deyə Ayətullah Cavad Amuli diqqətə çatdırıb.

 

Fransa hökumətinə də səslənən Ayətullah Cavad Amuli fikirlərini belə ifadə edib: "Fransa hökumətinə və oxşar ölkələrə nəsihət və xəbərdarlıq edirik ki, belə cəhdlərin qarşısı alınmalıdır. Heç bir səmavi kitabı insanlara təqdim edən peyğəmbərlər təhqir olunmamalıdırlar".




Mənbə: İran mediası Oxunub: 687 dəfə; Tarix: 2020-09-07 14:32
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Azərbaycan ordusunun Ermənistanı sülhə məcbur etmə əməliyyatı nə ilə nəticələnəcək?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!