Putin ilə Ruhani Suriya, nüvə razılaşması və koronavirus mövzusunda əməkdaşlığı müzakirə etdi


Eastnews.org-un verdiyi xəbərə görə, İran və Rusiya prezidentləri Həsən Ruhani və Vladimir Putin telefon danışığı zamanı Suriya, nüvə sazişi, Tehrana qarşı silah embarqosunun ləğvi və koronavirus məsələsini müzakirə edib.

 

Bu barədə İran prezidentinin rəsmi saytından məlumat verilib.

 

İran prezidentinin saytında bu gün yayımlanan məlumata əsasən, Ruhani Suriyadakı vəziyyətin nizamlanması üçün Astana prosesi çərçivəsində Tehran, Moskva və Ankara arasında əməkdaşlığın davam etdirilməsinin zəruriliyini vurğulayıb.

 

Danışığın digər mövzusu isə İranın nüvə məsələsinə dair Hərtərəfli Birgə Fəaliyyət Planı olub.

 

“İmzala atan tərəflərin HBFP-nin qorunması və həyata keçirilməsinin vacibliyini bildirən Ruhani birtərəfli yanaşmalara, həmçinin ABŞ-ın İrana qarşı silah embarqosunun sona çatmasına qarşı çıxmaq cəhdlərinə qarşı müqavimət göstərməyin zəruriliyini vurğuladı”, - deyə məlumatda bildirilir.

 

Rusiya prezidenti öz növbəsində Moskvanın hələ də razılaşmanı dəstəklədiyini və onun qorunub saxlanılmasının vacibliyini vurğulayıb. Ruhani həmkarına bu məsələdəki mövqeyinə görə təşəkkürünü bildirib.

 

Qeyd edək ki, tərəflər, həmçinin, pandemiyanın yayılması ilə mübarizədə əməkdaşlığın zəruriliyini vurğulayaraq koronavirusu da müzakirə ediblər. Müxtəlif sahələrdə və müxtəlif səviyyələrdə ikitərəfli münasibətlər iki ölkə prezidentləri arasında danışıqların digər mövzusu olub.




Mənbə: RİA Oxunub: 57 dəfə; Tarix: 2020-07-16 15:22
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!