Pompeo: Avropa İrana silah embarqosunu uzatmağa razıdır


Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ Dövlət katibi ölkəsinin "Türk Axını", "Nord Axını 2" qaz kəmərləri və "Huawei" şirkətinə sanksiya tətbiq etmək qərarını açıqlayıb.

 

ABŞ Dövlət katibi Mayk Pompeo keçirdiyi mətbuat konfransında ölkəsinin "Türk Axını" qaz boru kəməri, "Nord axını 2" layihəsi və Çinin "Huawei" şirkətinə sanksiya tətbiq edəcəyini söyləyib:


"Bu gün Dövlət Departamenti "Türk axını" qaz boru kəməri və "Nord axını 2" layihəsi üzrə Katsa qanunu çərçivəsində tətbiq olunan sanksiyalara dair ümumi müddəaları yeniləyir. Müvafiq olaraq Rusiyanın enerji ixracı boru kəmərləri ilə əlaqəli hər hansı bir investisiya və ya fəaliyyət ABŞ-ın sanksiyaları ilə üzləşə bilər".

 

O, həmçinin qeyd edib ki, Dövlət Departamenti "Huawei" kimi Çin texnoloji şirkətlərinin bəzi işçilərinə qarşı sanksiyalar tətbiq edəcək.

 

Katsa kimi tanınan qanuna görə, Rusiya şirkətləri ilə silah müqaviləsi bağlayan hər hansı bir ölkə və ya təşkilat ABŞ-ın iqtisadi sanksiyalarına məruz qalır.

 

Pompeo İran haqqında bildirib ki, İrana qarşı sanksiyalar kampaniyasını davam etdirirlər və bütün məsul hökumətləri bu istiqamətdə onlara qoşulmağa çağırırlar:

 

"Demək olar ki, hər kəs İrana qarşı silah embarqosunun uzadılmasına razıdır. İrana qarşı silah embarqosunun oktyabrın 18-də başa çatmasından sonra nə baş verəcəyindən də narahatdırlar. Buna əsasən, bu məqsədə necə çatılacağına dair çoxlu konsensus var. Əlbəttə, bu barədə fərqli fikirlər var. Təhlükəsizlik Şurasında hamımız özəl və kollektiv şəkildə dedik ki, bu silah embarqosu uzadılmalıdır. Ümid edirəm ki, bu Təhlükəsizlik Şurasında edilə bilər. Ancaq bu baş vermirsə, bu mövzuda əlimizdən gələni etməyə hazırıq və sonda hədəfimizə çatacağımıza inanırıq".




Mənbə: Mehr News Agency Oxunub: 46 dəfə; Tarix: 2020-07-16 10:02
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!