Kürün qabağını kəsən bənd - Təfərrüat


Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyənin Ərdahan vilayətinin Çıldır rayonunda Kür çayı üzərində inşası tamamlanan Koroğlu bəndi və Kotanlı Su Elektrik Stansiyası (SES) fəaliyyətə başlayıb.


Bu barədə DHA xəbər verib.


Kür çayı üzərində qurulan Koroğlu bəndi və Kotanlı SES-in açılış mərasimində ölkənin Enerji və Təbii Mənbələr naziri müavini Alparslan Bayraktar, Ərdahan vilayət rəhbəri Hüseyn Öner, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Ərdahan üzrə sədri Hakan Aydın iştirak edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da açılış mərasiminə video konfrans vasitəsilə qoşulub.



Alparslan Bayraktar SES-in 125 meqavat quraşdırılmış güclə tam həcmdə işlədiyi zaman ildə 290 milyon kilovat-saat elektrik enerjisi istehsal edəcəyini bildirib.


Qeyd edək ki, Gürcüstan və Azərbaycan ərazisindən keçərək, Xəzər dənizinə tökülən Kür çayının səviyyəsində son vaxtlar enmə müşahidə olunur. Mütəxəssislər həyəcan təbili çalaraq, bunun ciddi problemlərə səbəb ola biləcəyini vurğulayırlar.





Mənbə: Eastnews.org Oxunub: 9509 dəfə; Tarix: 2020-07-07 11:37
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!