Çinin koronavirusa qarşı peyvəndi təsdiqləndi


Eastnews.org-un verdiyi xəbərə görə,  Çin mütəxəssisləri tərəfindən hazırlanan COVID-19 əleyhinə rekombinant peyvəndin ölkədə hərbi istifadəyə verilməsi rəsmi olaraq təsdiqlənib.

 

Bu barədə Çinin “CanSino Biologics” şirkətinin açıqlamasında məlumat verilib.

 

“Ümumi klinik nəticələr göstərir ki, Ad5-nCoV peyvəndi SARS-CoV-2 koronavirusu səbəb olan xəstəliklərin başlamasının qarşısını alır”, -  deyə məlumatda bildirilir.

 

“CanSino Biologics” şirkəti Pekin Biotexnologiya İnstitutu və Çin Xalq Qurtuluş Ordusunun Hərbi Tibb Elmləri Akademiyası tərəfindən birgə hazırlanan Ad5-nCoV rekombinant COVID-19 peyvəndi (iyunun 25-də) Gigiyena İdarəsindən 1 il müddətinə xüsusi icazə alıb. ÇXR Mərkəzi Hərbi Şurasının nəzdində birləşdirilmiş maddi-texniki dəstək qüvvələrinin səhiyyə xidmətləri bu peyvəndin klinik sınaqlarının ilk və ikinci mərhələlərinin Çində aparıldığını qeyd edib.

 

Şirkət Ad5-nCoV peyvəndinin hazırda yalnız hərbi istifadə ilə məhdudlaşdığını, daha geniş istifadə üçün Çin Xalq Respublikası Mərkəzi Komitəsinin müvafiq şöbəsindən ayrıca icazə alınması lazım olduğunu vurğulayıb.

 

ÇXR Dövlət Əmlakına Nəzarət və İdarəetmə Komitəsinin (SASAC) əvvəllər bildirdiyinə görə, bu ilin sonuna və ya gələn ilin əvvəlinə peyvənd bazara çıxarıla bilər. SASAC peyvəndlərin üç mərhələli klinik sınaqdan keçməli olduğunu və effektivliyi, təhlükəsizliyi sübut edildikdən sonra peyvəndin bazara buraxıla biləcəyini bildirib

 

Məlumata görə, Çində altı peyvənd artıq klinik sınaqlara qəbul edilib. Çin mütəxəssisləri epidemiyanın əvvəlindən COVID-19-a qarşı müxtəlif növ vaksinlər üzərində tədqiqat aparır və inkişaf etdirirlər, lakin bu günə qədər insanlarda yalnız rekombinant vaksinlər və aktiv olmayan peyvəndlərə icazə verilib.




Mənbə: RİA Oxunub: 679 dəfə; Tarix: 2020-06-29 15:04
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!